- Ermənistan və Gürcüstan
- 14:00
- 887
Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze istefası barədə yayılan xəbərləri şərh edib.
Aznews.az xəbər verir ki, o, bundan öncə də istefa verəcəyi barədə şayiələrin özünü doğrultmadığını deyib.
"Bu sualı mənə parlament və bələdiyyə seçkilərindən öncə və sonra vermisiniz. Siz artıq bir neçə dəfə məyus olmusunuz - bir dəfə, iki dəfə, üç dəfə, dörd dəfə. Bunu daha neçə dəfə təkrar etmək olar?!", - Kobaxidze əlavə edib.
Baş nazir ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Mamuka Mdinaradzeni özünə rəqib hesab edib-etmədiyi barədə sualı da cavablandırıb: "Bizim aramızda rəqabət heç zaman olmayıb və olmayacaq".