- Köhnə - Cəmiyyət
- 20 Noyabr 2013 15:12
- 5 291
TDQK təhsil şöbələri və orta məktəblərə müraciət etdi
![](https://www.aznews.az/storage/photos/telebe qebud.jpg)
Komissiyadan verilən məlumata görə, ümumtəhsil müəssisələri və peşə liseylərində mövcud olan siniflər, bu siniflərdə təhsil alan şagirdlərin sayı və ümumtəhsil müəssisələrinin ünvanları haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi prosesi davam edir. Hazırda 32 104 sinif və 536 419 təhsil alanın sayı haqqında məlumat "Şagird-məzun" sisteminə daxil edilib.
Bu da ölkə üzrə ümumi məlumatların 68%-ni təşkil edir. Şagirdlərin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən buraxılış sinif şagirdlərinin əvvəlki tədris ilinin illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən "Şagird-məzun" sisteminə əlavə (düzəliş) edilməsi və məlumatların təsdiq edilməsi mərhələsi dekabrın 1-dən başlayır.
Bunu nəzərə alaraq, TQDK şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən tələb olunan məlumatların dekabrın 1-dək "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etməyi xahiş edib.
AzNews.az