Qalmaqallı cütlük Bakıya döndü - FOTOLAR


Müğənni İradə İbrahimovanın bacıısı Nigar İbrahimova həyat yoldaşı Ruslan Sanıyevlə birlikdə Maldiv adasında əsl "bal ayı" yaşayıb.

AzNews.az cütlüyün səyahətdən ən maraqlı fotolarını əldə edib.

Uçan balıqları izləyən Nigar və Ruslan, daha sonra okeandan özlərinə balıq ovlayıb, şam yeməyi təşkil ediblər. Bunun ardınca Pipi adasına gedən ər və arvad məhşur aktyor Leonardo De Kapriounun çəkildiyi "Beach" filminin məkanı ilə tanış olublar.

Burada olan zaman ətrafdakı kərtənkələlər maraq doğurduğu qədər səyahətçiləri bir qədər qorxudub. Hətta Nigarla Ruslanın qaldığı otağa qədər ayaq açan sürünən həşərat onlara əyləncə dolu anlar yaşadıb. Cütlük 4 tərəfi suyun icində olan bir məkanda tamam başqa mühitə düşüb.

Nigar və Ruslan "bal ayı"nı arzuladığı kimi başa vurub, Bakıya qayıdıblar. Onlar səyahət zamanı maraqlı mənzərələri də lentə alıblar.

Bahar Rüstəmli
AzNews.az
image description image description image description image description