- Köhnə - Cəmiyyət
- 2 Dekabr 2013 12:27
- 1 115
Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacaq

Rafiq Hüseynovun AzNews.az-a verdiyi məlumata görə, o, əməliyyat üçün əvvəlcə deyildiyi kimi Almaniyanı deyil, Türkiyəni seçib: "Almaniyaya məktub göndərildi. Amma hələ o məktubun cavabı gəlməyib və yubanır. Odur ki, əməliyyatın Türkiyədə olacağına dair qərar verdim. Bu həftə Türkiyəyə gedirəm. Əsas odur ki, dövlət tərəfindən mənim səhhətinə diqqət var".
Xatırladaq ki, Rafiq Hüseynovun ağciyərində bir müddət əvvəl xərçəng xəstəliyi aşkarlanıb. Onun müalicə və müayinəsini Heydər Əliyev Fondu öz öhdəsinə götürüb.
Bahar Rüstəmli
AzNews.az