Belçika şahzadəsi qaçırılacaq: müsəlman miqrantlara qarşılıq olaraq

Belçikada naməlum şəxs taxtının varisi, 12 yaşlı şahzadəni qaçıracağı ilə hədələyib.

AzNews.az xəbər verir ki, Kral Filipə ünvanlanan məktubda bildirilib ki, əgər ölkəyə miqrant axını dayandırılmasa şahzadə qaçırılacaq. "La Derniere Heure" qəzetinin yazdığına görə, məktub həmin qəzetin redaksiyasına daxil olub.

Məlumatın dərcindən sonra şahzadənin təhsil aldığı məktəbin mühafizəsi gücləndirilib. Polis məktubun əslini redaksiyadan götürərək araşdırma aparır və əl izlərini öyrənməyə çalışır.

Məktubun bir hissəsi fransiz, bir hisəsi isı alman dilində yazılıb. Məktubda nasist Almaniyasının bayrağından istifadə edilib.

Məktubda Türkiyə və bəzi Afrika ölkələrindən gələn müsəlmanların ünvanına sərt ifadələr işlədilib. Müəllif bu ifadələr zamanı nasistlərin istifadə etdiyi terminlərə də yer ayırıb.

Qeyd edək ki, 12 yaşlı Yelizaveta Tereza Mariya 2001-ci ildə doğulub. O, taxtacın birbaşa varisidir.

Elnarə
AzNews.az