Sərnişinlərin nəzərinə: Marşurutlar gediş haqqını qaldırdı- Video

Gecəboyu paytaxtın müxtəlif istiqamətlərindəki yanacaqdoldurma məntəqələrinin qarşısında eyni mənzərə müşahidə olunub. Heç kim benzinköhnə qiymətə satmaq istəməyib.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, amma çox keçməyib ki, məntəqələr yanacağısürücülərə yeni tariflərlə təklif etməyə başlayıblar.

Gecə yanacaqdoldurma məntəqələrinin lövhələrində artan, benzinin qiyməti yazılmasa da gün ərzində problem həllini tapıb.

Bütün məntəqələrdə benzinin satış qiyməti yeni tariflərə uyğunlaşdırılıb.

Gözlənilmədən qalxan benzinin qiyməti bu gün şəhəriçi avtobuslarda qiymət artması ilə müşahidə olunub. 20 qəpik olan marşurutların bəziləri gediş haqqını 40 qəpiyə qaldırmışdı.

Nəqliyyat Nazirliyi isə avtobuslarda qiymətin süni şəkildə artırıldığını bildirərək sərnişinləri gediş haqqını əvvəlki qayda ilə ödəməyə çağırır.



AzNews.az