Mənzili O seçər

Tərəfsiz düşüncə olmaz.
Sən kimin tərəfindəsən?


Tərəf olmaq sırasını və yerini müəyyən etməkdir. Ordular tərəfləşər, təbəqələr tərəfləşər, ölkələr tərəfləşər.

İnsan tərəfləşməz, insanlar tərəfləşər.

Bir insanın digər bir insana ehtiyacı var. İnsan isə qadın və kişidən
olar.

Bir zamanlar türk törəsində toplumda "qadınlaşma"ya qarşı bir savaş başlardı. "Nədən bu savaşı başlayıram?" dedikdə törədə "qadınlaşmaya savaş aç" yazısı, bəraəti var idi.

Tərəf varsa, savaş var. Bitməyən savaşdır bu.

Vicdan tərəfsizdir. Ədalətli olmaq - tərəf olmamaqdır.

Ədalət - tərəf tanımaz, kişi qadın bilməz, orduda, ölkədə, təbəqədə Dəyər ölçüsü olar.

Ədalətimizə əminliyimiz yoxdur deyə Tərəf oluruq.

Rusların, Qərbin, İranın və Turanın tərəfindən tərəfləşən məmləkətimizdə Azərbaycanın tərəfi olacaq kimsə varmı bu gün?

Kimi pulunun tərəfində, kimi məqamının, kimi də qisasının.

Kimsə sevgi sevdasını anlada bilərmi?

"Vətən, mən səni bax, bu səbəbdən sevirəm" demək mümkün deyil.

"Bizimkilər -özgələr"oyunu hələ uşaqlıqdan ağlımızda. O zaman niyyətimiz oyundur.

Tərəf olmaq niyyətə bağlı bir nəsnə.

Mənzili o seçər.


AzNews.az