- Köhnə - Cəmiyyət
- 19 Dekabr 2013 19:21
- 3 570
Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlıq davam edir
Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir aviasiya poliqonuna baxış keçirib və müxtəlif təyinatlı hərbi aviasiya atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.
Z.Həsənov uçuş və texniki heyətlə görüş keçirib, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə əlaqədar fikirlərini bölüşüb, aviasiya poliqonunun abadlaşdırılması, yeni hədəflərin quraşdırılması, müasir taktiki şəraitin yaradılması və baxış meydançasının genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev də iştirak edib.
AzNews.az