- Köhnə - Cəmiyyət
- 20 Dekabr 2013 21:39
- 3 124
Gücləndirilmiş iş rejiminə keçilib - VIDEO

Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, sərnişin sıxlığının qarşısının alınması üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən isə 20-25 ədəd vaqon qoşulur. Bayrama 2-3 gün qalmış isə, əsasən də, ayın 28-30-u aralığında ehtiyac olarsa, əlavə vaqonların da qoşulması nəzərdə tutulur.
Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov: "Ən çox sıxlıq Bakı-Tbilisi sərnişin qatarında olur. Ona görə həmişə əlavə olaraq 10-25 vaqon qoşuruq. Bölgələrə isə ən çox Gəncə istiqamətində həmişə sıxlıq olur.
Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün tətbiq olunacaq. Sərnişinlər gediş sənədlərini internet şəbəkəsilə online rejimində də əldə edə biləcəklər. Eyni zamanda, Bakı-sərnişin stansiyasında gediş sənədlərinin dəyərini, plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış post-terminallar vasitəsilə nəğdsiz də ödəyə bilərlər.
AzNews.az