Xətaidə etiraz: Sakinlər yolu bağladı - FOTO

Bakının Xətai rayonunda, Metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında sakinlər etiraz aksiyası keçirir. Hadisə şahidlərinin AzNews.az-a verdiyi məlumata görə, aksiyaya səbəb bir sıra sosial problemlər, xüsusilə də yaşayış binalarına qaz verilməməsilə bağlıdır. Məlumata görə, sakinlər yolu bağlayaraq, rayon rəhbərliyi əleyhinə kəskin ifadələr işlədiblər. Onlar qısa vaxt ərsində binalara qaz verilmədiyi təqdirdə, daha geniş aksiyalar keçirəcəklərini bildiriblər.

Qeyd edək ki, son dövrlər Xətai rayonu ərazisində belə
aksiyalar tez-tez keçirilir.

Azər
AzNews.az