- Köhnə - Cəmiyyət
- 23 Dekabr 2013 12:08
- 2 663
Abbas Abbasov 2 uşağı anasına qaytardı

AzNews.az AzerRos-un rəsmi saytına istinadən xəbər verir ki, uşaqların anaya qaytarılmasında Ədliyyə Nazirliyinin də köməyi olub. Belə ki, mətbuata müraciət edən qadın bildirb ki, 10 il əvvəl Şəmkirdən olan Əlibəy Qurbanovla tanış olub. Oğlan ondan kiçik olsa da vətəndaş nikahında yaşayan cütlüyün iki qızı dünyaya gəlib.
Bundan sonra qadın onunla bərabər Azərbaycana gəlib və burda vətəndaşı nikahında olduğu kişinin qanuni arvadının olduğunu görüb. Bundan sonra qadın Rusiyaya qayıdıb və həyat yoldaşı uşaqları ona verməyib.
Rusiya mətbuatında bu barədə məlumat verildikdən sonra "Azerros"un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov məsələyə müdaxilə edib. Dərhal təşkilatın nümayəndəsi Rəfael Babayevi Bakıya göndərib. Rəfael Babayev Ədliyyə Nazirliyində görülər keçirib. Bundan sonra Ədliyyə Nazirliyinin qaldırdığı iddia əsasında məhkəmə uşaqların anasına qaytarılması barədə qərar çıxarıb.
Elnur
AzNews.az

