- Köhnə - Cəmiyyət
- 26 Dekabr 2013 12:06
- 10 413
Dövlət qulluğuna qəbulda yeniliklər olacaq

Plana əsasən, növbəti il Azərbaycanda dövlət qulluğuna qəbulda bir sıra yeniliklər tətbiq ediləcək. Bu barədə Trend-ə açıqlamasında Komissiyanın Aparat rəhbəri Vilayət Hüseynov bildirib.
Onun sözlərinə görə, hələlik nəzərdə tutulan yeniliklərlə bağlı ciddi hazırlıq işləri aparılır. Yeniliklər əsasən dövlət qulluğuna qəbul prosesində, o cümlədən Komissiyanın fəaliyyətində şəffaflığın təmin edilməsinə yönəlib.
V.Hüseynov hazırda dövlət qulluğuna qəbul olunmaq istəyənlərin sayını da açıqlayıb:
"Hazırda 6607 namizəd test imtahanı mərhələsində qeydiyyatdan keçib. Bu günədək 5-ci təsnifat üzrə test imtahanları yekunlaşıb, 6-cı və 7-ci təsnifatlar üzrə isə test imtahanları davam edir. Qeydiyyatdan keçmiş namizədlərdən 25-30%-nin uğur qazanacağı və müsahibə mərhələsinə buraxılacağı gözlənilir. Gələn il ərzində dövlət qulluğuna imtahan və müsabiqələr dövlət qurumlarındakı vakansiyaların sayına müvafiq olaraq təşkil ediləcək".
AzNews.az