- Köhnə - Cəmiyyət
- 27 Dekabr 2013 20:09
- 2 356
Məsləhətləşmələr Planı haqqında Sərəncam imzalandı
Sərəncamda qeyd olunur ki, "2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol" təsdiq edilsin. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətini xəbərdar etsin". (AzərTac)