- Köhnə - Cəmiyyət
- 28 Dekabr 2013 10:33
- 4 569
Bakı Ali Neft Məktəbində yeni layihə
Bakı Ali Neft Məktəbinin"BakıQışNeftMəktəbi" layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD)"ŞərqəDoğru" proqramı çərçivəsində həyata keçirdiyi tenderi qazanıb. Layihəyə əsasən müsabiqəni uğurla keçən Almaniyanın müxtəlif universitetlərində təhsil alan Alman tələbələr 03-15.03.2014 –cü il tarixlərində Bakı Ali Neft Məktəbində keçiriləcək qış məktəbində iştirak edə bilərlər.
Qış məktəbində iştirak etmək üçün namizədlər birbaşa təşkilatçılara müraciət edəcək və təşkilatçıların rəyi nəticəsində iştirakı müəyyənləşdirilən tələbələrin xərcləri DAAD tərəfindən ödəniləcəkdir. Qış məktəbində azərbaycanlı tələbələrdə iştirak edə bilərlər. İştirak etmək istəyən azərbaycanlı tələbələr Bakı Ali Neft Məktəbinin təqaüd proqramına müraciət edəcək və seçildikləri təqdirdə qış məktəbində təhsil ala biləcəklər.
"BakıQışNeftMəktəbi" proqramı çərçivəsində tələbələr yalnız akademik biliklərə yiyələnməyəcək, eyni zamanda Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan bölgələrimizə səyahət edəcək, muzeylərimizlə və görməli yerlərlə tanış olacaqlar. Layihə çərçivəsində tələbələr Azərbaycanın neft trixinə daha yaxından bələd olmaq üçün neft buruqları, tarixi neftdaşları, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərlə də tanış olacaqlar.
AzNews.az