- Qərb
- 18:18
- 1 674
Heqset: İran atəşkəsi qorumaq üçün çox həvəslidir
ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, atəşkəs şəraitində İranın koordinasiya imkanları zəifləyib, lakin atəşkəsi qorumaq motivasiyası yüksək olaraq qalır.
“Onların komanda və idarəetmə qabiliyyəti ciddi şəkildə zəifləyib, buna görə də təşkilatlanma imkanları indiyədək ən zəif səviyyədədir,” – Heqset Pentaqonda keçirdiyi brifinqdə deyib.
Bununla yanaşı, o qeyd edib ki, İran yenidən hərbi əməliyyatların başlamasından qaçmaq üçün atəşkəsə sadiq qalacaq.
“Onların atəşkəsdə qalmaq motivasiyası çox yüksəkdir, çünki başa düşürlər ki, pozuntu admiral Kuperin qüvvələrinin yenidən hərəkətə keçməsi demək olacaq,” – deyə o bildirib.
Heqset əlavə edib ki, ABŞ əməliyyatları əvvəllər İrana ciddi zərbə vurub:
“Bu onlar üçün çox pis nəticələndi.”
Husilərlə bağlı danışan Heqset bildirib ki, qrup indiyədək münaqişəyə qoşulmayıb:
“İndiyədək kənarda qalıblar və biz bunu onların düzgün qərarı hesab edirik.”
Mövsüm,
AzNews.az