İqtidar təmsilçiləri Qarabağ qazisinin yas mərasimində- FOTO

Özünü yandıraraq dünyasını dəyişən Qarabağ müharibəsi əlili Zaur Həsənovla vida mərasimi keçirilir.


APA-nın xəbərinə görə, vida mərasimi Lökbatan qəsəbəsində, mərhumun evində təşkil olunub.

Yas mərasimində Qarabağ müharibəsinin iştirakçıları, əlillər, mərhumun yaxınları, media nümayəndələri iştirak edirlər.

Mərasimə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da qatılıb.

Qeyd edək ki, dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov ötən axşam müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxananın Yanıq mərkəzində dünyasını dəyişib.


AzNews.az