- Köhnə - Cəmiyyət
- 29 Dekabr 2013 18:03
- 1 801
Xalça Muzeyinin yeni binası üçün 2 milyon ayrıldı - SƏRƏNCAM

Sərəncamda qeyd olunur ki, Azərbaycan Xalça Muzeyinin yeni binasının ekspozisiya sahəsinin bədii tərtibatı, habelə müasir texniki avadanlıqla təchiz edilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. (AzərTac)