- Köhnə - Cəmiyyət
- 30 Dekabr 2013 13:04
- 1 623
“Ola bilsin ki, ermənilər nəyəsə nail olsun“- Nazim İbrahimov

N.İbrahimov qeyd edib ki, ermənilər "uydurma soyqırım"ın tanıdılması istiqamətində uzun illərdir iş aparırlar ki, 2015-ci ildə "uydurma erməni soyqırımı"nın 100-cü ildönümünü qeyd etsinlər. Buna qarşı bizim həm Dövlət Komitəsi və həm də xarici ölkələrdəki Azərbaycan diaspor təşkiları tərəfindən dünyada böyük işlər görülür:
"Bu məsələdə diaspor təşkilatlarının daha geniş fəaliyyətinə ehtiyac var. Biz Dövlət Komitəsi olaraq bu sahəni koordinasiya edirik. Əlimizdən nə gəlirsə, dünya dövlətlərinin ictimai-siyasi xadimlərinə, ictimaiyyətinə izah etməyə çalışırıq ki, ermənilərin söylədikləri cəfəngiyyatdan, yalandan başqa bir şey deyil və əsl həqiqət tam başqa cürdür".
Komitə sədrinin fikrincə, ola bilər ki, ermənilər nəyəsə nail olsalar belə bu onların gücünün göstərici olmayacaq: "Ola bilsin ki, ermənilər nəyəsə nail olsunlar. Onların havadarlarının, onlara rəğbət bəsləyən dövlətlərin siyasətləri və qrup maraqları var. Amma bu o demək deyil ki, bu, türk diasporasının zəifliyidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir sıra ölkələrində "Xocalıya ədalət" kampaniyası keçirilir. Artıq dünyanın əksər ölkələrinin parlamentləri, yüksək strukturları 1992-ci ilin fevralın 26-da Xocalıda baş verənləri soyqırım kimi qəbul edirlər. Bu elə "erməni mifi"nin dağılması deməkdir.
Əsl soyqırım Xocalıda olub. Mövcud olmayan şeylərə əsaslanıb nəyisə soyqırım adlandırmaq düzgün deyil. Bizim fəaliyyətimiz, o cümlədən son illərdə Heydər /Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə geniş fəaliyyət, Azərbaycanın tanıdılması, Leyla xanım Əliyevanın gördüyü işlər, yavaş-yavaş Azərbaycan həqiqətlərinin tam mənada çatdırılması və ermənilərin Azərbaycanda törətdikləri cinayətlərin, Xocalı soyqırımının tanıdılması "erməni mifi"nin dağılmasına gətirib çlıxarır. "Erməni mifi"nin dağılması elə "soyqrımı mifi"nin də dağılmasına gətirib çıxaracaq".
AzNews.az