- Köhnə - Cəmiyyət
- 13 Fevral 2014 18:57
- 3 880
“Elektron məhkəmə” informasiya sistemi yaradılacaq

Sərəncama əsasən Ədliyyə Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə "Elektron məhkəmə" informasiya sisteminin təşkili və fəaliyyətinin birgə təmin edilməsi tapşırılıb.
Nazirlər Kabinetinə isə "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təklifləri 3 ay müddətində hazırlamaq və təqdim etmək, habelə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırığı verilib.
AzNews.az