“Ölüm təhlükəsini atlatdım” – Xərçəng xəstəsi olan aktrisa

"Daha narahatlığa əsas yox. Bundan sonra rahat həyatıma davam edə bilərəm. Ölüm təhlükəsini atlatdım".


Bunu AzNews.az-a Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova deyib. Onun sözlərinə görə, fevralın 18-də Bakıya qayıdacaq və teatrda qaldığı yerdən davam edəcək:

"Həkimlər ikinci dəfə məni müayinə etdilər. Müayinədən sonra bildirdilər ki, daha ölüm qorxusu yoxdur. Allaha şükürlər olsun".

Xatırladaq ki, X.Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla bağlı 3 dəfə əməliyyat olunub. Hazırda isə Türkiyədə ikinci dəfə kimyaterapiya kursu keçir.

Bahar Rüstəmli
AzNews.az