Abel Məhərrəmov tapşırıq verdi: “Bu tələbəni məhkəməyə verin“- VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakı Dövlət Universitetin rektoru Abel Məhərrəmov narazı tələbələrlə görüşüb.

Görüşdə Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Ramilə Kiçiyeva bu ilin yanvar ayında imtahandan kəsiləndən sonra müəllimin ondan rüşvət tələb etdiyini bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin müvafiq şöbələrində qəbulda olsa da, ona hər hansı cavab verilməyib.

Məsələyə münasibət bildirən rektor Abel Məhərrəmov isə deyib ki, həmin tələbə 4 illik tələbəlik dövründə 3 dəfə universitetdən xaric olunaraq yenidən bərpa olunub.

A.Məhərrəmov universitetin hüquqşünasına tapşırıb ki, tələbə böhtan atdığına və müəllimi şərlədiyinə görə onun işi məhkəməyə verilsin.(14.20)

***




AzNews.az