Hacı Mirəzizin 65 yaşı oldu


Qafqaz Müsəlmanları İdarəsinin Fətva Şurasının sədri, ilahiyyatçı Hacı Mirəziz Seyidzadənin anadan olmasının 65 illik yubileyi münasibətilə təbdir keçirilib.

AzNews.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairi Fikrət Qoca, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, ədəbi tənqidçi Vaqif Yusifli, akademik Bahadur Tağıyev, Hacı Arif Buzovnalı, ilahiyyatçı alim Hacı Fuad, xalq artisti Bilal Əliyev yubilyarı təbrik ediblər.

Mərasimdə bildirilib ki, Hacı Mirəziz ruhani ailəsinin nümunəsidir: "Onda gözəl şair əhval-ruhiyyəsi var. Gözəl şeirlər yazan şairlərimizin çoxu molla məktəbi qurtarıb. Molla məktəbi bitirən şairlərimiz heç də digərlərindən geri qalmır".

Hacı Mirəziz ona ünvanlanan xoş sözlərə görə, hər kəsə öz minnətdarlığın bildirib.

Xatırladaq ki, Hacı Mirəziz publisist, tərcüməçi kimi də tanınıb. O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatıdır.

Amid
AzNews.az