Avropa Yayımlar Birliyi Ömərova məktub göndərdi - MƏTN

Avropa Yayımlar Birliyinin Baş direktoru İngrid Deltenre İctimai Televiziyanın keçmiş Baş direktoru İsmayıl Ömərova məktub ünvanlayıb. AzNews.az həmin məktubu təqdim edir:

"Əziz Cənab Ömərov,
Əziz İsmayıl,


Bütün Avropa Yayımlar Birliyi adından və şəxsən öz adımdan, Sizə 60 illik yubileyiniz münasibətilə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram!
Banisi və energili baş direktoru olduğunuz İctimai Televiziya, Sizin liderliyiniz altında 2007-ci ildə Avropa Yayımlar Birliyinə qoşulduğu andan etibarən AYB ailəsinin ən gənc tamhüquqlu üzvü olmuşdur.
Buna baxmayaraq, İctimai lap ən başlanğıcdan etibarən bütün Avropa Yayımlar Birliyi ailəsinin aktiv və dəyərli üzvü olmuşdur.
2010-cu ildə, mənim şəxsən AYB-nin Baş Direktoru kimi fəaliyyət göstərdiyim birinci ildə, Siz Bakıda bizim Birliyimizin ən möhtəşəm Baş Assambleyasına ev sahibliyi etdiniz.
Növbəti ildə Azərbaycan Düsseldorf, Almaniyada keçirilən Eurovision Musiqi Müsabiqəsində qalib gəldi. Və İctimai Televiziya 2012-ci ildə böyük genişürəkliliklə və qüsursuz təşkilatçılıqla Müsabiqəyə ev sahibliyi etdi.
Sizin gənc ictimai yayım xidmətinə şəxsi rəhbərliyiniz İctimai televiziyanın Sizin Avropalı həmkarlarınıza (digər AYB üzvü kanallara)layiqli tərəfdaş kimi formalaşmasında və inkişafında açıq-aşkar danılmaz əsas rol oynamışdır.
Biz Sizə gələcək işlərinizdə və hal-hazırda mətbuat nəzəriyyəsi üzrə apardığınız araşdırmada uğurlar arzulayır – və gələcəkdə yollarımızın yenidən kəsişməsi imkanlarını səbirsizliklə gözləyirik.
Ən sonda, bu yubiley doğum gününüzdə Sizə yenidən ən səmimi arzularımı çatdırıram.

Hörmətlə,
İngrid Deltenre,
Baş Direktor"