- Köhnə - Cəmiyyət
- 26 Fevral 2014 12:48
- 3 786
Mətbuat Şurası jurnalistlər üçün müsabiqə elan etdi

I. Müsabiqənin istiqamətləri
Müsabiqəyə təqdim olunacaq yazılar üçün aşağıdakı istiqamətlər müəyyənləşdirilib:
1. Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu;
2. Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti;
3. Beynəlxalq siyasi proseslərdə qlobal maraqlar.
II. Mükafatlandırma
Qaliblər yuxarıda qeyd edilən üç istiqamətin hər biri üzrə ayrı-ayrılıqda mükafatlandırılacaqlar.
Ümumən müsabiqədə 3 birinci, 3 ikinci və 3 üçüncü yer nəzərdə tutulur.
I yer - 1000 manat;
II yer - 800 manat;
III yer - 500 manat.
Həvəsləndirici mükafat – 10 nəfər – 300 manat
Müsabiqədə yer tutacaq şəxslərin adları 2014-cü il may ayının 5-dək açıqlanacaq.
III. Müsabiqə şərtləri
Müsabiqə yazıları üçün aşağıdakı prinsiplər əsas götürüləcək;
Mövzunum əhatə edilməsi;
Faktlardan istifadə;
İfadə vasitələrinin zənginliyi;
İnformasiyalılıq.
Qeyd: Seçimdə daha çox təhlil xarakterli müəllif yazılarına üstünlük veriləcək.
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən çox olmamalıdır.
Materialda "Yazı Azərbaycan Mətbuat Şurasının "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusundakı müsabiqəsinə təqdim edilir" qeydi olmalıdır.
Müsabiqəyə 2014-cü ilin mart ayının 1-dən may ayının 1-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən materiallar buraxılacaq.
IV. Yazıların təqdim edilməsi
Təqdimat zərfinə yazı müəllifinin konkret KİV-də işlədiyini təqdiqləyən sənədin surəti, onun əlaqə vasitələri əlavə olunmalıdır.
Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir.
Təqdim olunmuş 3 nüsxənin hər birində, habelə elektron formatlı (diskdə, Times New Roman şriftində) təqdimatda materialın müsabiqə üzrə müəyyənləşdirilmiş hansı istiqamətə uyğunluğu ayrıca qeyd edilməlidir.
Yazılar 2014-cü ilin mart ayının 1-dən mayın 1-dək hər gün saat 10.00-dan 17.00-a qədər Bakı şəhəri, Məmməd Araz küçəsi 4 ünvanında (keçmiş Teymur Əliyev 38, Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
AzNews.az