- Köhnə - Cəmiyyət
- 27 Fevral 2014 14:23
- 11 512
Metronun yeni rəisi danışdı

O, lent.az-a açıqlamasında bildirib ki, sərəncamla səhər saatlarında tanış olub: "Sərəncamdan səhər xəbər tutmuşam. Məni yeni vəzifəyə təyin etdiyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm".
"Metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı" sualına Z. Hüseynov belə cavab verib: "Yaxşılığa doğru hər şey olacaq".
Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və yeni quruma "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində I müavin işləmiş Z. Hüseynov təyin olunub.
Məlumat üçün bildirək ki, Z.Hüseynov 1964-cü ildə Bakıda anadan olub. Ali təhsilli mühəndis və peşəkar menecer sayılır. Bir müddət "Qaradağ Sement" ASC-də mühəndis işləyib. 2006-cı ildən bu günə qədər "Bakıeletrikşəbəkə" ASC-nin sədr müavini vəzifəsini tutub.
Z.Hüseynov bir neçə xarici dili mükəmməl şəkildə bilir. Ailəlidir, 2 övladı var.
AzNews.az