İlham Əliyev vizalarla bağlı sazişi təsdiq etdi

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Sazişi təsdiq edib.

Prezident Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıb ki, "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" 2013-cü il noyabrın 29-da Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilsin.

AzNews.az