Zaur Hüseynov fövqəladə toplantı keçirir


Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov toplantı keçirir. Bu barədə məlumatı AzNews.az-a Metropolitendən bildirilib.

Vurğulanıb ki, hazırda Metropolitenin bütün idarə heyətində təmsil olunan rəhbər şəxslər toplantıda iştirak edir. İclasın təfərrüatları haqda məlumat verilməsə də ticarət obyektlərinin sökülməsi məsələsinin müzakirə olunduğu deyilir.

Xatırladaq ki, metropolitenin yeni rəisi Zaur Hüseynovun tapşırığı ilə yeraltı keçidlərdə fəaliyyət göstərən ticarət obyektlərinin bağlanacağı bildirilir. Artıq bəzi keçidlərdə bu qadağa tətbiq edilməyə başlayıb. Məsələ ilə bağlı sahibkarlar Metropolitenin qarşısında aksiya keçirirlər.

Amid
AzNews.az