- Köhnə - Cəmiyyət
- 12 Mart 2014 17:00
- 2 395
Vergilər Nazirliyi müğənni seçiminə başlayır

Vergilər Nazirliyi ən yaxşı vergi ödəyən şou-biznes nümayəndələrinin adlarını açıqlayacaq.
Vergilər Nazirliyi AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin sonunadək şou-biznes nümayəndələri arasında ən çox vergi ödəyən bir nəfərin və ya ilk üçlükdə olan şəxslərin adları barədə ictimaiyyətə məlumat veriləcək:
"Bu adları 2014-cü ilin yekunlarına əsasən çəkməyi nəzərdə tuturuq. Düşünürük ki, hər bir vergi ödəyicisi olan şou-biznes nümayəndəsi etdiyimiz xəbərdarlıqlardan sonra vergiyə münasibətlərinə yenidən baxacaq və biz də onları fərqləndirəcəyik".
Nazirlik bəzi şou-biznes nümayəndələrinin vergi ödəməyə imkanları çatmadığı haqqında fikirlərə də münasibət bildirib: "Vergi imkandan asılı olaraq yox, qanunvericiliyə uyğun olaraq ödənilir".
Amid
AzNews.az