Şeyxdən 10 min manatlıq yardım

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib.

AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, səfər zamanı QMİ-nin sədri xeyriyyə yardımı həyata keçirib. Məlumata görə, QMİ sədri Zaqatalada baş verən son zəlzələdən sonra zərərçəkən ailələrə 10 min manat miqdarında yardım edib.

Bundan başqa, Allahşükür Paşazadə Bakı İslam Universitetinin Zaqatala bölməsinin tələbələrinə ərzaq tədarükü üçün vəsait verib.

Qeyd edək ki, Zaqatalaya gələn Allahşükür Paşazadə bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirib. Müşavirədə Zaqatala, Balakən, Qax və Şəkidən olan din xadimləri iştirak ediblər. Şeyxülislam Allahşükür Paşazadənin bölgədə yerləşən ətraf rayonlara da səfəri gözlənilir.

AzNews.az