“ATV-dən getməmişəm” – Ceyhun Əli



"Mən öz fəaliyyətimdəyəm, heç yerə getməmişəm".

Bunu AzNews.az-a açıqlamasında telejurnalist Ceyhun Əli deyib. O, efirdə görünməməyinin səbəbini yeni layihə üzərində çalışdığı ilə əlaqələndirdi: "Efirə çıxmamağım yeni layihəmlə bağlıdır. Yeni layihə üzərində işləyirəm. Əlavə şərh vermək istəmirəm".

Xatırladaq ki, dünən ATV-nin 4 nəfər əməkdaşı efirdən kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb. Onların arasında "ATV Xəbər"in aparıcıları Ceyhun Əli, Gülnar Muxtarqızı, Alidə Mustafayeva və Nuranə Əliyevanın olduğu bildirilib.

Bahar Rüstəmli
AzNews.az