- Köhnə - Cəmiyyət
- 25 Mart 2014 11:05
- 5 313
MTRŞ-dan “Rossiya 1”də azərbaycanlıların vəhşi kimi təqdim edilməsinə REAKSİYA
Qurum rəhbəri deyib ki, bütün bunları nəzərə alaraq, "Rossiya 1"də yayımlanan "Svoya pravda" ("Onların həqiqətləri") adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlara görə MTRŞ tərəfindən hər hansı bir rəsmi məktub ünvanlamayacaq. O Azərbaycanın Rusiyanın dövlət kanalına cavabı müxtəlif səpkili yollarla olacağını da istisna etmədi.
Qeyd edək ki, anspress-in məlumatına görə, Rusiyanın dövlət kanalı "Rossiya 1"də yayımlanan "Svoya pravda" ("Onların həqiqətləri") adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlar Moskvada yaşayan Azərbaycan diasporunun da ciddi etirazına səbəb olub. Rusiyanın politoloqları da Krım hadisələrin davam etdiyi bir vaxtda dövlət kanalında belə bir filmin yayımlanmasının MDB respublikalarına siyasi mesaj məqsədi daşıdığı fikrindədirlər. Filmin nümayiş olunduğu "Rossiya 1" kanalı isə film haqqında hər hansı mövqe bildirməkdən yayınıb. Atıq Azərbaycanın Rusiyadakı səfirliyindən isə film haqqında lazımı tədbirlərin görüldüyü bildirilib. Film Sovet İttifaqının dağıldığı dövrləri əhatə edir. Xatırladaq ki, film Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyi üzərində qurulub. Təxminən 3,5 saatlıq filmdə vəhşi və amansız kimi təqdim edilən azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Etirazlara da səbəb Azərbaycanın bu cür yanlış təqdim edilməsidir.
Amid Əyyuboğlu
AzNews.az