Jurnalistlər pulsuz müayinə olunacaq

Azərbaycanda jurnalistlər pulsuz müayinə olunacaqlar.

Jurnalist Qadınlar Assosiasiyasından Trend-ə verilən məlumata görə, Xətai Klinikası və Assosiasiyanın təşkilatçılığı ilə Türkiyənin tanınmış həkimləri Metin Yurdakoş və Serbülent Orhaner jurnalistləri pulsuz müayinə edəcəklər.

Müayinə zamanı jurnalistlər bel yırtığı, revmotoit artrit, ayaq, diz, bel, boyun kirəcləşməsi ilə bağlı müraciət edə bilərlər.

Eyni zamanda, ginekoloji xəstəlikləri olan, sonsuzluqdan əziyyət çəkənlər də müraciət edə bilrlər. Müayinə Xətai Klinikasında aprelin 1 ve 2-də aparılacaq.

AzNews.az