Ermənilər yenidən Əlibəylini atəşə tutdu

Erməni hərbi qüvvələri yenidən Əlibəyli istiqamətində arəşkəsi pozublar.

"Axar.az"ın Əlibəyli kəndindən aldığı məlumata görə, hazırda atışma davam edir. Evlər iriçaplı silahlardan atəşə tutulur.

Son məlumata görə, Əlibəyli sakinlərindən birinin evinin dam örtüyü iriçaplı silahdan açılan atəşlə dağıdılıb.

Azərbaycan Ordusunun cavab atəşi və əməkiyyatları ilə bağlı məlumat yoxdur.

AzNews.az