Alim Qasımovun qızı “Azdrama”dakı qalmaqaldan danışdı - ÖZƏL

Əməkdar artist Fərqanə Qasımova son günlər atası, xalq artisti Alim Qasımovun Akademik Milli Dram Teatrında aşıq-saçıq səhnələrə etiraz etməsi və bunun cəmiyyətdə ciddi şəkildə müzakirə edilməsi olayına münasibət bildirib.

Xanəndə AzNews.az-a açıqlamasında bildirib ki, əslində, belə məsələlərə qarışmaq istəmir: "Doğrusu, bir az qəliz məsələdir. Mən belə bir hadisənin baş verməsini mətbuatdan oxudum. Və atam xaricdə olduğundan bu barədə onun özündən məlumat ala bilməmişəm. Mənim özümə də bu məsələlər bir az qaranlıqdır. Amma bir şeyi bilirəm: inşallah ki, atam səhv addım atmaz".

Qeyd edək ki, bütün bu söz-söhbətlər Akademik Milli Dram Teatrında səhnəyə qoyulan "Qatll" tamaşasından sonra baş verib. Tamaşaya dəvət alan Alim Qasımov tamaşadakı açıq-saçıq səhnələrə kəskin etirazını bildirib və tamaşanı yarımçıq tərk edib.

İntiqam Valehoğlu
AzNews.az