"...yenə də efirə çıxacağam” "...yenə də efirə çıxacağam”

Etibar Hüseynov verilişinin bağlanmasından danışdı

"...yenə də efirə çıxacağam”




Deputat Etibar Hüseynovun ATV-də yayımlanan "Sitatın Sonu" verilişi bağlanmasına münasibət bildirib.

E.Hüseynov AzNews.az-a açıqlamasında verilişin bağlanmasını təkzib edib, nə də təsdiq: "Mənim təqdimatımda ATV-də yayımlanan "Sitatın Sonu" verilişi stabil bir proqram deyildi. Siyasi gündəmdə aktual bir məsələ olduqda verilişi hazırlayıb çıxırıq. Sonuncu verilişim 8 mart gününə həsr olunub. Bundan sonra da gündəmdə maraqlı hansısa siyasi məsələlər olduqda yenə də efirə çıxacağam."

Qeyd edək ki, verilişin bağlanması xəbərini Avropa.info saytı yayıb. Xəbərdə iddia olunur ki, verilişin bağlanmasına səbəb Etibar Hüseynovun qarabağlılar barəsində səsləndirdiyi təhqiramiz ifadələr olub. Məcburi köçkünlər barəsində ifadələrinə görə hakimiyyət dairələrində sərt şəkildə danlanan deputata ciddi xəbərdarlıq edildiyi də bildirilir. Xatırladaq ki, Milli Məclisin spikeri Oktay Əsədov da Etibar Hüseynov haqqında kəskin mövqeyini ifadə etmişdi. Deputatla söhbət etdiyini deyən spiker Etibar Hüseynova yönəlik ironiya ilə onun məcburi köçkünlərdən "bacardığı qədər" üzr istədiyini demişdi.

Amid
AzNews.az