“Heç nə vecimə deyil...” – Erotik serialın rejissoru

""Qız yükü" serialındakı erotik səhnələr kiməsə maneçilik, narahatlıq yaradır? Bu səhnə insanların həyat tərzidir"

Bunu AzNews.az-a "Qız yükü" serialının rejissoru İntiqam Hacılı deyib. Onun sözlərinə görə, erotika insan həyatının bir hissəsidir: "16 seriyadır ki, bu serial yayımlanır. Bu günə kimi serialda baş verənlərlə heç kəs maraqlanmayıb. Həmin səhnədə yer alan aktirisa 3-cü və 4-cü seriyada da vardı. Niyə o seriyada deyil, məhz bu səhnədən sonra yada düşdü? Mən mədəniyyət adamıyam. Orada yazılan şərhlər vecimə də deyil. Kim nə istəyir yazsın. Qoy qalmaqal da qopsun, hələ başqa şey də. Anlaya bilmirəm, həyatda o cür işlərlə məşğul deyillər? Erotika insanın bir hissəsidir, hamımız ondan yaranmışıq. Burada qeyri-adi heç nə yoxdur".

Xatırladaq ki, "Qız yükü" serialında yer alan erotik səhnə böyük qalmaqala səbəb olub.

Bahar Rüstəmli
AzNews.az