Erotik səhnənin qəhrəmanı danışdı: “O xanım mənim üçün...”

"Tamaşaçılarımız xarici filmləri çox gözəl qarşılayır"




Son günlər "Qız yükü" serialında yer alan erotik səhnə mətbuatda müzakirə mövzusu olub. Bu səhnəni peşəkarlıqdan uzaq hesab edənlər də var, etikaya zidd olduğun düşünənlər də.

AzNews.az saytı həmin epizodun əsas qəhrəmanlarından birini, aktyor Əbdül İsayevi danışdırıb. O bildirib ki, seriala əvvəldən baxanlar həmin epizodun nyə xidmət etdiyini bilirlər: "Düzdür, o serial da mənim yaradıcılığımdır. Əgər siz o seriala ilk seriyadan baxsaydınız, həmin epizodun nəyə xidmət etdiyini bilərdiniz". Ə.İsayev şəxsi həyatından da danışıb: "Hazırda subayam. Serialdakı epizoda gəlincə, orda qeyri-adı bir şey yoxdur. Bizim tamaşaçı xarici filmləri çox gözəl qarşılayır. Amma özümüzə gələndə normal qəbul etmirlər. O xanım mənim üçün aktrisa idi".

Qeyd edək ki, serialın quruluşçu rejissoru İntiqam Hacılıdır.

İntiqam Valehoğlu
AzNews.az