Bakıda qeyri-adi toy- Fotolar

Bakıda qeyri-adi toy olub. Əslində toy məclisi sıradan düzənlənib, amma bəy və gəlin kürsüsündə əyləşənlər sıradan olmayıblar. Anspress-in məlumarına görə, bəy kürsüsündə fiziki məhudiyyəti olan Əli Qasımov, gəlin kürsüsündə isə təmamilə sağlam, üstəlik də gözəl-göyçək Aynurə oturub.

Bu isə o deməkdir ki, bu toydan sonra gəlin ömrünün sonuna qədər ərini əlləri üstündə daşıyacaq. Həm də sözün əsl mənasında.

Aynurənin ilk evliliyi alınmayıb. Əli isə I qrup əlil olsa da 42 yaşında həyat onun üzünə gülüb. Aynurə ilə tanışlıq və sevgi ona yeni həyat bəxş edib. Sağlamlıq məhdudiyyətli Əli bundan sonra Aynurənin əlləri və ayaqları ilə yaşayacaq.

Aynurə öz xoşu ilə Əlini özünə həyat yoldaşı seçdiyini deyir: "Vaxtilə ailə qursam da, bəxtim qara gətirmişdi. Bir də ayılıb gördüm ki, mənim ailəlik həyatımdan qazandığım yeganə şey-uşaqlarımdır. Əli ilə dini nikahımız da tariximizin faciəvi təqvim günündə - Xocalı faciəsi günündə baş tutub. Toyumuzu Əlinin hacı dostları etmək istədi. Biz də etiraz etmədik. Bəli, bizim ikimizin də taleyində faciə öz qılıncını sıyırsa da, biz talelərimizi birləşdirməklə faciəni dəf etmək arzusundayıq".

"Axı toy-bayramdır bu dünyanın əzabı, Əqli olan ona gətirər tabı" deyib böyük şairimiz. Bizim bir-birimizə ehtiyacımız var. Əli yeyə bilmir, bir uşaq kimi ona çörəyi də öz əllərimlə yedizdirirəm. Mənim də onun məhəbbət dolu baxışlarına ehtiyacım var."

AzNews.az
image description image description