“Space”dən İlham Mirzəyevin saxlanılmasına reaksiya

"Biz də İlham Mirzəyevi axtarırıq, amma gün ərzində nə qədər cəhd etsək də, onunla əlaqə yarada bilmirik".

Bu sözləri Aktual.az-a "Space" TV-nin icraçı direktoru Kamil Şahverdiyev
telekanalın əməkdaşı, aparıcı İlham Mirzəyevin həbs xəbərinə münasibət bildirərkən deyib.

Kamil Şahverdiyev qeyd edib ki, İlham Mirzəyevin həbsi barədə xəbəri mətbuatdan öyrəniblər: "Ona görə də konkret məlumatımız yoxdur. Məlumat əldə edən kimi mətbuata ətraflı açıqlama verəcəyik".

Xatırladaq ki, həbs xəbəri yayılan İlham Mirzəyev "Space" telekanalında "Etibar edin" verilişinin aparıcısı idi. Onun həbsi barədə məlumatı Azadliq.Info saytı yayıb.

AzNews.az