- Qərb
- 17:44
- 1 506
ABŞ-nin NATO ilə bağlı açıqlamaları Avropanı alternativ təhlükəsizlik yolları axtarmağa vadar edir
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, ABŞ-nin NATO-nu tənqid etməsi və alyansdan çıxmaqla bağlı səsləndirdiyi fikirlər Avropa ölkələrini kollektiv təhlükəsizliyin yeni mexanizmlərini düşünməyə sövq edir.
Onun sözlərinə görə, NATO həm Avropa, həm də ABŞ üçün qarşılıqlı faydalı alyans olaraq qalır. Lakin Vaşinqton administrasiyasının son açıqlamaları Avropanı öz suverenliyi və müdafiə siyasəti ilə bağlı məsələləri yenidən nəzərdən keçirməyə məcbur edir.
Albares əlavə edib ki, Avropa ölkələri təhlükəsizlik və cinayətkarlıqla mübarizə məsələlərində daha çox məsuliyyəti öz üzərinə götürməlidir. Bu məqsədlə Avropa İttifaqının vahid ordu quruculuğu istiqamətində irəliləməsi və müdafiə sənayesini inteqrasiya etməsi vacib hesab olunur.
Mövsüm
AzNews.az