Qazaxıstan hakimiyyəti Kökşetau, Semey və Ust-Kamenoqorsk şəhərlərində istilik elektrik stansiyalarının (TES) tikintisi üçün Qazaxıstan–Sinqapur konsorsiumunu podratçı kimi seçib.
Bu barədə “Samruk-Energo” şirkətinin idarə heyətinin sədri Kairat Maksutov məlumat verib.
Onun sözlərinə görə, Ust-Kamenoqorsk və Semey şəhərlərində həyata keçiriləcək layihələr üzrə EPC müqavilələri 30 yanvar 2026-cı ildə imzalanıb.
Podratçı şirkət əsas avadanlıqların istehsalı üçün sifarişlərin yerləşdirilməsinə bu ilin may ayında başlamağı planlaşdırır. Avadanlıqların ilk tədarükünün isə 2027-ci ilin üçüncü rübündə həyata keçirilməsi gözlənilir.
Kairat Maksutov əlavə edib ki, hər üç layihədə ekoloji təsirləri azaltmaq məqsədilə “təmiz kömür” texnologiyalarının tətbiqi nəzərdə tutulur.