- Türkiyə
- 20:22
- 753
Silahların susması üçün səy göstəririk - Ərdoğan
Türkiyə Yaxın Şərqdəki müharibənin dayandırılması üçün diolomatik səyləri sürətləndirib.
Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər kabinetinin bugünkü iclasından sonra müraciətində deyib.
“Qarşıdurmaların 38-ci günü geridə qalarkən, regionumuz adına eyni narahatlıqları təəssüf ki, davam etdirməkdəyik. Artan risklər qarşısında, Prezident olaraq şəxsən mən bir tərəfdən, nazirlərimiz digər tərəfdən diplomatik təmaslarımızı sürətləndirdik. Silahların susması və müzakirəyə zəmin açılması üçün əgər iynə ucu qədər də olsa şans varsa, bunu dəyərləndirməyə səy göstəririk”- deyə Ərdoğan qeyd edib.