- Köhnə - Cəmiyyət
- 14 Aprel 2014 14:26
- 4 739
Məktəblə bağlı xəbərə Reaksiya

Bakı Şəhər Baş Təhsil İdarəsi "Başçı məktəbi sökdürüb, göydələn tikdirir – Müəllimlər aksiyaya başlayır?" başlıqlı yazıya reaksiya verib.
İdarənin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən 245 saylı orta məktəbin əsaslı təmiri nəzərdə tutulub. Təmir plana uyğun şəkildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə də sorğu göndərsək də, hələlik sorğumuza cavab ala bilməmişik.
Xatırladaq ki, sözügedən yazıda bildirilib ki, Xətai rayonunda yerləşən 245 saylı məktəbin təmiri ilə bağlı layihə iki ildir təsdiqlənsə də, təmir müxətlif səbəblərdən gecikdirilir. Buna isə müəllimlər və valideyinlər narazılıq edir.
İntiqam Valehoğlu
AzNews.az