- Köhnə - Cəmiyyət
- 23 Aprel 2017 11:11
- 4 223
Anar Məmmədxanovun vəfatından 6 il ötür
Milli Məclisin keçmiş deputatı, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatından 6 il ötür.
Anar Məmmədxanov 6 il əvvəl, bu gün qəflətən ürək tutmasından vəfat etmişdi.
Xatırladaq ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A. Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Evli idi, 3 övladı var.
Allah rəhmət eləsin!
AzNews.az