- Köhnə - Cəmiyyət
- 29 Aprel 2014 12:47
- 4 118
Nazirlikdən nurçulara cavab: “Bunu şişirtmək lazım deyil”
Bu barədə Vergilər Nazirliyinin Mətbuat xidməti Publika.Az-ın "Çağ" Öyrətim İşlətmələri Şirkətinin nazirliyi məhkəməyə verməsi ilə bağlı sorğusuna cavab olaraq bildirilir. Məlumatda deyilir ki, şirkətin məhkəməyə müraciət etməsi onların hüququdur: "Təkcə bu şirkət deyil, onlarla şirkət var ki, əlavə vergi hesablanıb, cərimə kəsilib. Bununla razılaşmaya bilərlər və məsələnin məhkəmə qaydasında həll edilməsi onların hüququdur. Məsələləri məhkəmə müəyyən edəcək. Əslində bu sıradan olan hadisədir. Sadəcə olaraq bu şirkət son günlər diqqət mərkəzində olduğu üçün məsələ bu qədər gündəmə gəlib".
Məlumatda o da bildirilib ki, nazirlik bu məsələni tam aydınlaşdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
AzNews.az