- Köhnə - Cəmiyyət
- 30 Aprel 2014 16:01
- 22 266
Silahlı Qüvvələrdə yeni qərargah rəisi təyin edildi
Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, korpusun qərargah rəisi postuna polkovnik Gəray Bağırov təyinat alıb. G. Bağırov uzun müddət Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışıb. Ondan əvvəl isə bir müddət III ordu birləşməsinin komandanı vəzifəsini (general-mayor Fikrət Məmmədovdan sonra) icra edib. G. Bağırov sabiq müdafiə naziri Səfər Əbiyev tərəfindən "vurulmuş" zabitlərdən sayılıb.
Qeyd edək ki, bir müddət əvvəl III ordu birləşməsinin qərargah rəisi, polkovnik Xəqani Cəbrayılov II ordu korpusuna qərargah rəisi təyin olunub.
AzNews.az