Səxavət Nur işdən çıxdı

Tanınmış televizya və radio aparıcısı Səxavət Nur baş redaktoru olduğu Araz FM-dən ayrılıb. AzNews.az xəbər verir ki, aparıcı bu barədə İnstaqram səhifəsində yazıb. "Xeyirli məqsədlə 2 il 4 ay baş redaktoru olduğum Araz 103.3 FM-dən kollektivindən ayrıldım"- yazan S.Nur kollektivə uğurlar arzulayıb:

"Bu məsuliyyətli vəzifəni 1998-ci ildən bəri bərabər çalışdığım Şəhla Vakasa təhvil verdim. Radiomuzun rəhbərliyi, bu illər ərzində çiyin-çiyinə çalışdığım müddətcə dostluq və iş münasibətimi qoruyub saxladıqlarına görə minnətdaram. Onlara uğurlar arzulayıram. Siz mənim üçün dəyərli insanlarsınız. Bu xəbərə kimlərsə ürəkdən sevinə bilər, kimlərsə əksinə. Amma əsas olanı odur ki, getmək qərarını mən özüm vermişəm. Bunu anlayışla qarşılayan Araz FM rəhbərliyinə təşəkkür edirəm. Həmişə doğma 103.3 FM-ləyəm və doğma radiomun əməkdaşlarına bu illər ərzində mənimlə olduqları üçün təşəkkür edirəm".

İntiqam
AzNews.az