Arif Alışonov iki yeni telekanal yaradır

Azərbaycanda iki yeni telekanalın yaradılması planlaşdırılır.

Bu barədə Qaynar.info-ya daxil olan məlumatda bildirilir.
Məlumata görə telekanalın biri təhsil məsələləri, digəri isə uşaq dünyası və yaradıcılığı ilə bağlı ola bilər.

Hər iki telekanalın AzTV-nin nəzdində olacağı iddia edilir.

AzNews.az