Ermənilər Azərbaycan saytını dağıtdılar

Simsar.az saytına haker hücumu olub. Dünən günorta saatlarından etibarən sayt fəaliyyətini dayandırıb. Hücum haqda məlumat verən saytın redaktoru Aqşin İbrahimli AzNews.az-a açıqlamasında deyib ki, hələlik səbəbini tam bilməsələr də, hücumun erməni hakerlər tərəfindən edildiyi bəlli olub: "22 may saat 14:30 radələrində portalın əsas səhifəsinə Ermənistan bayrağı və ermənicə Azərbaycanı təhqir edən ifadələr yerləşdirilib. Şəkili tezliklə yığışdırmaq mümkün olsa da, saytın fəaliyyətini hələ tam bərpa edə bilməmişik. Bu gün ərzində portalın fəaliyyətinin bərpa olunacağını düşünürəm".

Bahar
AzNews.az