Akif Əlizadə tanınmış alimi işdən çıxartdı

Professor Fəxrəddin Veysəlli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru postundan çıxarıldıqdan sonra qurumdakı digər vəzifəsindən də vidalaşmalı olub.

AzNews.az-ın məlumatına görə, ötən ilin dekabrında institutda aparılan kadr dəyişikliyindəndən sonra qurumun direktoru vəzifəsindən kənarlaşdırılan F. Veysəlli ilə bağlı daha bir qərar ötən gün verilib.

Elmi Şuranın dünən keçirilən iclasında F. Veysəlli institutun nəzəri dilçilik şöbəsinin müdiri vəzifəsinə də təsdiqlənməyib.
Xatırladaq ki, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev direktor seçildikdən sonra F. Veysəlli nəzəri dilçilik şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Məhəmməd
AzNews.az